Mahir Abbaszadə işsizdir?

16:01 13-01-2020 90

Millət vəkili Mahir Abbaszadənin deputatlığa namizədliyi qeydə alınıb. 

Paralel.az Pravda.az-a istinadən verdiyi xəbərə görə, Mahir Abbaszadənin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsindən irəli sürülüb. 

Dairə seçki komissiyasının məlumatında Mahir Abbaszadənin işsiz olduğu bildirilir.

Mahir Abbaszadə hazırda da həmin seçki dairəsinin deputatıdır. O, həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.

Mahir Abbaszadə deputat fəaliyyətinə kimi bir çox banklarda məsul vəzifələrdə çalışıb. O, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib.

Qeyd edək ki, bir müddət öncə  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin Fondun rəhbərliyindən kənarlaşdırılacağı barədə xəbər yayılmışdı. 

Məlumata görə Mahir Abbaszadənin qəzəbə tuş gəlməsinə səbəb onun qardaşı Zahir Abbasovun adının mənimsəmədə və rüşvət almada təqsirləndirilməsidir.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və rüşvət almada təqsirləndirilən “Nikoil” bankın filialın müdiri Ruslan Talıbov, filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov, Vüsal Quliyev, Elçin Məmmədov, Rauf Əliyev, Məmməd Qurbanov, Orxan Əlişov, Zahir Abbasov, Zaur Ramazanov və Fərid Məlikovun cinayət işinin anket məlumatları artıq dəqiqləşdirilib. Bu prosedə adı çəkilən Zahir Abbasov “NİKOİL” bankın Sumqayıt filialının müdir müavinidir.

Deputatın da qardaşının iştirak etdiyi bu maxinasiyada ümumi zərərçəkənlərin sayı 45 nəfərdir. Yayılan məlumatlara hələ ki, Zahir Abbasov, nə də deputat Mahir Abbaszadə heç bir münasibət bildirməyib.