Hövsanda böyük obyekt tikdirdiyi deyilən Afət Həsənova seçkiyə görə vəzifəsinin icrasını dayandırıb

15:57 13-01-2020 50

Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavini Afət Həsənova seçkiyə görə vəzifəsinin icrasını dayandırıb.

 unikal.org-a istinadən məlumat verir ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Afət Həsənova parlament seçkilərinə qatıldığı üçün məzuniyyətə çıxıb.

Onu da bildirək ki, ötən ilin dekabr ayında araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Həsənova Afət Əbil qızı ilə bağlı məlumat paylaşmışdı.

Həmin məlumatda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazırdı ki, Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Həsənova Afət Əbil qızı rayonun Hövsan qəsəbəsində, E.Qasımov küçəsi 18 ünvanındakı binanın yanında özünə ikimərtəbəli kommersiya binası tikdirir.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazısında bildirib ki, ümumi sahəsi 194,33 kv metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2019-cu  ilin avqustunda icazə verilib:

"Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürüb, qarşıdakı parlament seçkilərində növbəti dəfə bəxtini sınamağa hazırlaşır. Afət Həsənova sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır."

P.S. Məsələ ilə bağlı Həsənova Afət Əbil qızı ilə əlaqə saxlamaq cəhdimiz mümkün olmadı. Qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq.

seksi (1)