Beyləqan Təhsil şöbəsinin müdiri Həsən Həşimov vəzifədən getdi...

15:41 13-01-2020 130
Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev 4 ay əvvəl təyin etdiyi təhsil şöbəsinin müdiri Həsən Həşimovu bu gün vəzifədən azad edib.
Rayon Təhsil şöbəsindən aldığımız məlumatlarda qeyd olunur ki, Həsən Həşimovun işdən azad olunmasına səbəb kimi, müdir təyin olunduğu 4 ay ərzində özünü doğruldmaması və qısa müddətdə rəhbərlik etdiyi rayon təhsil sistemini tam iflic vəziyyətə salması göstərilir.
Ötən gün “ DSX-dən qovulan Həsən Həşimov Beyləqan təhsil şöbəsinə necə müdiri oldu?” sərlöhəli yazı dərc etmişdik.. Həmin məqalədə Həsən Həşimovun zabit kimi 8 il xidmət etdiyi Dövlət Sərhəd Xidmətindən, məhz yol verdiyi ciddi qanun pozuntularına, qaçaqmalçılarla əlbir olduğuna görə, xaric edilidiyi barədə yazmışdıq.
Aldığımız digər xəbərdə qeyd edilir ki, icra hakimiyyət başçısı Asif Ağayevin sərəncamı ilə təhsil şöbəsinin müdiri vəzifəsinə Beyləqan Təhsil şöbəsinin inspektoru Suliddin Əsgərov təyin olunub.

Qeyd edək ki, icra başçısı Asif Ağayev 1 il ərzində Beyləqan rayon Təhsil Şöbəsinə Tahir Həsınovu ( 9 ay işləyib), Həsən Həşimovu (4 ay işləyib) və Suliddin Əsgərovu  müdir vəzifəsinə təyin edib!

Əlbəttə, başçı tərəfindən bir il ərzində Beyləqan rayon Təhsil şöbəsində 3 dəfə müdiri dəyişilən rayon təhsilinin nə qədər pis durumda olduğunu təsəvvür etmək oxucular üçün çətin deyil.

Gözləyək görək, yeni təyinat nə qədər sürəcək və ya icra başçısı axtatdığı ürəyinə yatan "kadrı" nə vaxt tapacaq?!..

Mövzuya qayıdacağıq.

paralel.az