Ərdoğan və Putin Liviyada atəşkəslə bağlı bütün tərəflərə çağırış ediblər

18:54 08-01-2020 75

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyada atəşkəslə bağlı bütün tərəflərə çağırış ediblər.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə və Rusiya Xarici İşlər nazirləri birgə brifinqdə məlumat veriblər.

XİN başçıları bildiriblər ki, Ərdoğan və Putin yanvarın 12-si saat 00.00-dan etibarən atəşkəslə bağlı bütün tərəflərə çağırış ediblər.