Yardımlı rayon Təhsil Şöbəsinin məsləhətçisi İman Sadiyevin imansızlığı…

15:29 08-01-2020 65

Təhsilimizdəki neqatıv hallardan kifayət qədər yazmışıq. Heç şübhəsiz, gələcəyimizin inkişafı naminə, “adımızın imzalar içində olması” üçün təhsilə həssas yanaşmağımız vicdan borcumuzdur.

Təəssüf ki, bir çox dəllallar, vicdanını unudanlar hələ də təhsilimizə yamaq olaraq öz çirkin niyyətlərini həyata keçirməyə davam edirlər.

Belələrindən biri və bəlkə də birincisi Yardımlı rayon Təhsil Şöbəsinin məsləhətçisi İman Sadiyevdir.
Saytımıza daxil olan faktlarda İmanın imansısızlığından o qədər bəhs olunur ki, saatlarla yazsaq tükənən deyil. Amma biz bir neçəsinin üstündən keçməməyi özümüzə borc bildik.

…Sadiyev rayonda özünü əsl dəllal kimi aparır- Müəllimlərin İşə Qəbul (MİQ) məsələsində neçə-neçə vətəndaşdan pul qoparıbsa, hələ də qopalağı götürülməyib-yəni Sadiyev özünü “mıxməmməd” yerinə qoyub da sanki hamlnın buna borcu var.

…Məktəb direktorlarının başını necə tovlayırsa, qapısını açan İmanın bığının altından keçməlidi. Əks təqdirdə, İmanın imanı kamil olmur-Sadiyevsayağı təhsilin inkişafı bax budur.

…Adamın tutduğu vəzifə dövlət qulluğu statusindadır-amma adam hansı yollarlasa özünə “pensiya” düzəldib və özünü beqəfil necə “bədbəxt” edibsə, hələ də xoşbəxtliyin sirrin axtara axtara qalıb…və tapıb da- asta qaçan namərddir-oğlunu da “komsavat” (oxu-kəmdavad) edib(etdirərək) tainki bu arzusuna da çatıb.

…Fərdi Təhsil komissiyasının rəhbəri olarkən dövlət vəsaitini necə mənimsəyibsə, bütün rayonun təhsil işçiləri hələ də şokdan ayılmayıb-amma ümid edirlər ki, cənab Ceyhun Bayramov onları ayıldacaq.

Bəli, ha istəyirik “zurnanın zırt dediyi yerə” gəlib çlxaq, alınmır ki, alınmır. Çünki İmanın imansızlığı və qanunsuz əməlləri o qədərdi ki, bilmirsən hardan başlayıb harda qurtarasan…Amma narahat olmağa dəyməz, əvvəl-axır İmanın imanı bitəcək-çünki əlimizdəki tutarlı faktlar bunu deməyə əsas verir.
Oxucuların ismi-şərifinə onu da ərz edək ki, Sadiyevin qanunsuz və təhsil işçisinə yaraşmayan əməllərindən bir çox hüquq- mühafizə orqanları da xəbərdardı.(tutarlı fakt və səs yazıları ilə birgə) Amma nə sirri-xudadısa, İman imansızlığın davam etdirməkdədir. Babalı deyənlərin boynuna, guya Sadiyev hər gün sübh tezdən hüquq-mühafizə orqanlarının dil-ağzını bağlamaq üçün “interesni” dualar edir…

Cənab Ceyhun Bayramovun İmanın əməllərindən xəbərinin olub olmağlndan heç bizim də xəbərimiz yoxdu. Amma Bayramovu xəbərdar etməyi özümüzə borc bildik.

İmanın “imansız əməllərinin” hələ ” üçdə birin” yazmamışıq…

Ardı mütləq olacaq.

T. Həsənov

Mənbə: (https://telegra.ph/%C4%B0man-Sadiyevin-imans%C4%B1zl%C4%B1%C4%9F%C4%B1-01-03)