Füzulidə Şükürovların “Səhiyyə mafiyası” – bu rayonun səhiyyəsi bir tayfaya peşkaş edilib

17:45 07-01-2020 125

Füzuli rayon səhiyyəsinin acınacaqlı və rüsvayçı vəziyyətindən xəbəri olmayan yoxdur. Bütün bunları isə daha çox sözügedən rayonun səhiyyə müəssisələrinə ayaq basan hər kəs yaxşı bilər. Həmin şəxslər yaxşı bilirlər ki, Füzuli rayon səhiyyəsi kimlər tərəfindən və necə idarə olnur. Söz yox ki, bunların içərisindən mənə yaxın olan şəxslərdə var.

Bu gün biz desək ki, Füzuli rayon səhiyyəsində hər şey əladır, rüşvət yoxdur, xəstələrdən kimsə nəsə almır onda biz özümüzü el, obaya söydürmüş olarıq. Həmçinin, yox, əşi, biz də hər şey yaxşıdır, biz xəstələrə gözümüzün bəbəyi kimi baxırıq, bizim tibb müəssisəmizdə heç kimdən nəsə alınmır deyən olarsa zatən onların özləri söyüş ünvanı olacaqlar. Çünki, xalqın gözü tərəzidir. Xalqımız verdiyini də, nə aldığınıda çox yaxşı bilir. Gözü bağlı xalq deyilik ki, nəyisə görməyək. Görməzdən gələ bilərik, ancaq kor deyilik. O da sirr deyil ki, bu günləri Füzuli rayon səhiyyəsi bir sülalə tərəfindən idarə olunur.

Maraqldır, Füzuli rayonunda Şükürovlardan başqa  savadlı, bacarıqlı, işinin öhdəsindən gələ bilən ikinci bir həkim tapılmadımı ki, baş həkim işləsin?  Əlbəttə, Füzuli rayonunda tanınmış adlı sanlı, savadlı o qədər həkimlərimiz var ki. Hətta belə professorlara qədər. Elə gərəkdir ki, Şükürovlar  baş həkim işləsin?  Bu nə acı qismətdir, yazılıb Füzuli rayonunun taleyinə. Onsuzda Füzuli rayonu bir dəfə işğal olunub, rayonla birlikdə səhiyəsi də, mədəniyyəti də, təhsili də, hər nə varsa hammısı işğal olunub, hələ də işğaldadır. İkinci dəfə Füzuli səhiyyəsinin Şükürovlar tərəfindən işğal olunaraq, mənəvi terrora sürüklənməsinə nə ehtiyac var idi? Əcaba, Şükürovların göbəyini kəsən həkim, olmaya onların göbəyini baş həkim işləmək üçün kəsib.

Maraqlıdır ki, Oqtay Şirəliyev Şükürovları Füzuli rayonuna baş həkim təyin edəndə hansı qanuna uyğunluqla təyin edib.Əlbəttə ki, bütün bunlar korrupsiyaya şərait yaradan hallardır. Hələ bizə qaranlıqdır ki,  O. Şirəliyev hansı məqsədlərlə, Füzuli rayon səhiyyəsinin taleyini bir tayfanın, sülalənin ixtiyarına verib. Görünür bu da yoldaş Şirəliyevin analoqu olmayan kadr təyinatının tərkib hissəsidir.

RealMedia.az olaraq ötən yazımızda Füzuli rayon səhiyyəsində Şükürovlar dinastiyasının (sülaləsinin) hökmranlıq etməsi haqqında yazmışıq. Hesab edirik ki, bu soyadı daşıyan şəxslərin rayonun səhiyyə müəssisələrinə rəhbər vəzifəyə təyinatını təsdiqləyən nazir Oqtay Şirəliyevin onların biri-birləri ilə qohumluq əlaqəsinə diqqət yetirmədiyini düşünmək sadəlövhlük olar. Qısaca olaraq xatırladaq ki, sözügedən klanın hazırki rəhbəri Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovdur.

Zobucuq qəsəbə xəstəxanasına, Rayon Tibbi Sosial Ekspert Komissiyasına Natiqin qardaşı oğlanları rəhbərlik edirlər.Məhz əmisinin hesabına Rayon Müalicə Diaqnostika Mərkəzinə direktor vəzifəsinə gələn Şaiq Şükürov rəhbərlik etdiyi müəssisənin idarə edilməsində korruptiv siyasət yürüdür.

Əvvəlki məqalələrimizdə bu dövlət səhiyyə müəssisəsində əhaliyə göstərilən pulsuz olmalı, aşağı səviyyə düşürülmüş tibbi xidmətlərin qiymətlərinin “od tutub yanmasına” dair misallar çəkmiş, konkret olaraq analizlərin qiymətlərini sadalamışdıq. Eyni zamanda Diaqnostika Mərkəzinin baş həkiminin və digər rəhbər vəzifəli şəxslərinin haram yolla əldə etdikləri varidatlarının natamam siyahısını da göstərmişdik. Yazmışdıq ki, Şaiq Şükürov rəhbərlik etdiyi Mərkəzdə zəif bildiyi işçiləri sıxışdırır, onunla hesablaşanlara geniş meydan verir. Etibarlı mənbədən verilən məlumata görə, Şaiq Şükürov bu yaxınlarda ondan yuxarı instansiyalara, hüquq-mühafizə orqanlarına şikayət edən işçisini hədələmişdir: “İşdən çıxarılmalı da olsam, bir gün qabaq səni qovacağam”.

Şaiq Şükürovun sevimli kadrı, həm də korrupsiya ortağı olan Vüqar Bağırovun Rayon Müalicə Diaqnostika Mərkəzinin poliklinika şöbəsinə bu vəzifəyə müəmmalı təyinatı elə ilk gündən xeyli suallardoğurmuşdur. Çünki əslən Daşkəsən rayonundan olan V.Bağırov hərbi hospitalda işləmiş həkimdir və olsa-olsa “səhra cərrahiyyəsi”ni, yəni, yaranı sağaltmaqdansa, kökündən kəsməyi, yerini dağlamağı bacarır. Onun mülki əhaliyə xidmət edən həkimlər sırasına doğma Daşkəsəndə deyil, niyə məhz Füzuli rayonunda qatılması isə başqa söhbətin mövzusudur.

Yazıda adlarıçəkilən şəxslərində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənbə RealMedia.az