Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

18:20 04-12-2019 50

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

"Report" xəbər verir ki, görüş Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) iştirak edir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.