“HAKİMİYYƏTƏ TAM DƏSTƏK VERMƏYƏ HAZIRAM” – “Mehdiyevin işdən çıxarılması...”

18:16 04-12-2019 45

“Ramiz Mehdiyev və Əli Həsənov kimi adamların işdən çıxarılması sözsüz ki, müsbət addımdır və bunu ancaq alqışlamaq olar”.

Bunu “Turan” İnformasiya Agentliyinə müsahibəsində dramaturq, Azərbaycan kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov deyib.

Onun sözlərinə görə, bu şəxsləri çoxdan istefaya göndərmək lazım idi, çünki hazırki rəsmi ideologiyanın bir çox neqativ tərəfləri onların fəaliyyətinin nəticəsidir.

“İdeoloji cəbhədə böhran, telekanal və KİV-lərin aşağı səviyyəsi, plüralizmin və müstəqil mövqenin olmaması bu iki nəfərin fəaliyyətinin nəticələrindəndir. Mədəniyyət sahəsində, teatr, kino, musiqidə də vəziyyət yaxşı deyil. İnanıram ki, Mehdiyev-Həsənov tandeminin sıradan çıxarılmasına səbəb məhz budur”, - Rüstəm İbrahimbəyov deyib.

 

 

Onun fikrincə, baş verənlər optimistliyə şərait yaradır. Rüstəm İbrahimbəyov hesab edir ki, bu cür köhnə kadrların getməsi və əzəvinə savadlı gənc kadrların cəlb edilməsi vəziyyəti sağlamlaşdıracaq.

“Mən bu addımları tam dəstəkləyirəm və əgər ehtiyac duyularsa hakimiyyətə bu məsələdə tam dəstək verməyə hazıram”, - Rüstəm İbrahimbəyov bəyan edib.