Sumqayıt təhsilində siyasi oyunlar: Arzu Alızadə kimin əlinə oynayır?

15:36 03-12-2019 140

Məlum olduğu kimi bu gün şəhər və rayonlarımızın orta məktəblərində müxəlif səbəb və bəhanələrlə mütəmadi olaraq külli miqdarda vəsaitlərin yığılması ümumilikdə ölkənin təhsil sisemini inkişafa aparan yolda əsas maneələrdən biri olaraq qalmaqdaır.

Bu xüsusda neqativ hallar bu gün Sumqayıt şəhərinin də bir çox orta məktəblərində müşahidə olunmaqdadır. Etiraf etmək lazımdır ki, bu gün məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur.

Bu barədə AzToday.az-a göndərilən məqalədə deyilir. Daha sonra bildirilir: “Bildiyiniz kimi ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması Təhsil Nazirliyi tərəfindən qəti qadağan olunub. Təhsil naziri Ceyhun Bayramov hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcəyini dəfələrlə bəyan edib.Dəfələrlə Təhsil Nazirliyi orta məktəblərdə qanunsuz olaraq hər hansı bir pul yığan müəllimləri cəzalandıracağını rəsmən vurğulayıb. Amma nə fayda?! Sumqayıtda orta məktəblərin əksəriyyətində şagirdlərdən min cür adla pul yığılması adi bir hala çevrilib və görünən odur ki,heç kim də cəzalanmır və Təhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri Sumqayıt məktəblərində işləmir. Bu yığım prosesi dərs ilinin sonunda və əvvəlində daha böyük vüsət alır”.

Sumqayıtdan daxil olan məlumatda bildirilir ki, təhsil sistemində yığılan pullar daha çox iki məqsədə xidmət edir. Birinci məsələ heç şübhəsiz kapital toplamaqdır. AzToday.az-a  daxil olan məlumatda bildirilir ki, bu prosesə təhsil şöbəsinin rəhbəri Arzu Alızadənin “rəfiqələr komandası” nəzarət edir. Belə ki, pul yığımı ilə bağlı təklif və ideyalar bu qrup tərəfindən irəli sürülür və sonra ümumi “dəstək” qazanır. Yerlərdə isə böyük valideyn narazılığının qarşısını almaq üçün müəllimlər və direktorlar pul verməkdən imtina edən şagirdlərin “borcunu” özləri ödəyir. A.Alızadə belə qanunsuz əməl sahiblərinə qarşı heç bir addım atmamaqla yanaşı hətta onların müdafiəsinə belə etməkdən çəkinmədi.

Dəfələrlə telefon danışıqlarımızda baş verənləri inkar etməklə və onun təyinatından qabaq baş verənlərə laqeyd münasibət göstərməsi hecdə cəmiyyət tərəfindən bir mənalı qarşılanmadı. İl boyu da Sumqayıt məktəblərində Fond pulu, süpürgə pulu, bilet pulu, şəkil pulu, hansısa tədbirlər üçün pul yığılması adi haldır. Əlbəttə Sumqayı məktəblərindəki direktorlar ittihamlara cavab olaraq,özlərini təmiə çıxardaraq deyəcək ki, “yox onlarda pul yığılmır,belə şey ümumiyyətlə ola bilməz “,amma təbii ki,onlar deməyəcək ki,”pul yığırıq əcəb edirik”.

Bunun üçün hüquq-mühafizə orqanları, prokuroqluq, axır-əvvəl Təhsil Nazirliyi var axı. Maraq üçün onu da demək lazımdır ,məktəb gündəyini hər bir kəs gedib özü gələn dərs sezonunda və ya məktəb sezonu qurtaranda ala bilər.Özü də istədiyi qiymətə ,istədiyi yerdən,istədiyi cürə. Niyə valideyinlər gündəliyin mütləq məktəbdən alınmasına məcbur edilməlidirlər?! Əgər bir məktəbdə 1000 nəfərdən çox şagirdin təhsil almasını nəzərə alsaq “kraska pulu” (1000×5 = 5000 manat ) və gündəlik pulundan (1000× 2=2000 manat )təkcə, hələ o biriləri demirik, 7 min manat yığılır ki, bunun da böyük hissəsi xeyirdir. Siz indi təsəvvür edin ki, Sumqayıtda 50 ümumtəhsil məktəb var və bu məktəblərdə dövriyyədə nə qədər pul-100 min manatlarla məbləğində qanunsuz pul dövr edir. Bu məsələnin birinci tərəfi…

Sumqayıt məktəblərində pul yığımı ilə bağlı daha maraqlı məqam prosesin siyasi məqsədlərə xidmət etməsidir. Belə ki, AzToday.az-a daxil olan məlumata görə təhsil şöbəsinin müdiri Arzu Alızadə gənc və yeni olmasına baxmayaraq artıq Sumqayıtdaxili qruplaşmalarda yer alıb. Mətbuatda Sumqayıt təhsili ilə bağlı bütün neqativ məsələlər icra başçısının birinci müavini Teymur Səmədovun adına bağlı olsa da əslində Arzu Alızadənin təhsil şefi olmasından sonra bu sahə birinci müavinin nəzarətindən çıxıb.

Sadəcə bütün pul yığımlarını və digər qanunsuzluqları T.Səmədovun adına bağlamaqla ona qarşı kampaniyaya töhvə verilmiş oldu ki, bu prosesdə də A.Alızadənin xidmətləri xüsusidir. Baş verənlərlə bağlı məlumatlı mənbənin AzToday.az-a  verdiyi məlumata görə, bir müddət öncə icra başçısı Zakir Fərəcov birinci müavinini ciddi şəkildə tənbeh etmiş və Sumqayıt təhsilində baş verənlər, pul yığımı ilə bağlı yayılan məlumatları əsas gətirərək onu bu sahəyə hər hansı müdaxilədən tam kənarlaşdırmışdır. Maraqlıdır ki, bunun ardınca dərhal Sumqayıt məktəblərində hər ay toplanan fond pulu şagirdlərdən bir illik toplanıb və ardınca müəllimlər və valideyn komitələrinə tapşırılıb ki məktəblərdə heç bir adla pul yığılmasın. Bununla da “Teymur Səmədov təhsildən çəkilən kimi pul yığılması da dayandı” görüntüsünü yaratmaq istəyirlər. ”.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Mənbə AzToday.az