OBA marketdən alınan şokaladın içindən qurd çıxdı, azyaşlı zəhərləndi - Video

19:23 02-12-2019 180

OBA mareketdən alınan şokoladın içindən qurd çıxıb.

“MillətinSəsi.info” xəbər verir ki, hadisə dünən baş verib. Marketin Lökbatan filialından alış-veriş edən müştərinin dediyinə görə 4 yaşlı övladı bu şokoladdan yediyinə görə zəhərlənib.

4 saylı xəstəxanaya aparılıb. Müayinə olunaraq ev şəraitində müalicə yazılıb. Daha sonra müştəri marketə gələrək yerində həmin məhsulu bir-bir açıb video çəkiliş edib.

Həmin görüntüləri sizə təqdim edirik: