Azərbaycana Ermənistan istehsalı olan məhsullar keçirmək istədilər

16:00 29-11-2019 150

Son iki il ərzində ümumilikdə Astara Gömrük postundan Azərbaycan ərazisinə iki dəfə erməni mənşəli məhsulun keçirilməsi cəhdinin qarşısı alınıb.

milletinsesi.info xəbər verir ki, bu sözləri Astara Gömrük postunun rəisi, gömrük xidməti mayoru Habil Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

H.Mehdiyev onu da əlavə edib ki, bunların hər ikisi İran vətəndaşının üzərində aşkarlanıb: “Biri Ermənistan istehsalı olan siqaret, digəri isə nərdtaxta olub. Hər ikisinin üzərində Ermənistan istehsalı olduğu qeyd edildiyi üçün məhsullar məhv edilib”.

Astara gömrük postunun rəisi Habil Mehdiyev həmin avadanlıqların insan səhhətinə mənfi təsir etməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirərkən deyib ki, bir nəfər “Body Scan” aparatından il ərzində 1000 dəfə keçə bilər və bu onun səhhətinə heç bir təsir etmir. 

Astara Gömrük Postunun Böyük inspektoru Kənan Heydərli isə anbarlarda saxlanan məhsullarla bağlı məlumat verib: “Müvəqqəti saxlanc anbarlarında malların qalması üçün 120 gün yaxud 4 ay vaxt verilir. Tez xarab olan qida məhsulları xüsusi soyuducularda olmaqla 72 saat yaxud 3 gün müddətinə saxlanılır.

Əgər 120 gün ərzində malın sahibi onu götürmürsə, bu dövlətin xeyrinə məhsuldan imtina deməkdir və biz xüsusi aktla həmin malları Azterminal kompleksinə təhvil veririk. Orada isə həmin mallar 3 ilə qədər saxlana bilər.

Saxlanc anbarlarında saxlanan malların qiyməti çəkiyə görə dəyişir. Belə ki, hər 100 kiloqram 0,20qəpik + ƏDV ödənilir. 100 kq çəkidən artıq mallar isə 0,50 qəpik+ ƏDV ilə hesablanır”.