Hökumət dərmanlarla bağlı qaydaları təsdiqlədi

15:45 29-11-2019 70

Nazirlər Kabineti “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı təsdiqləyib.

milletinsesi.info-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin qərarı ilə sənədə əlavə edilib.

Bu qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq hazırlanıb.

Əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yararsız dərman vasitələrinin dövriyyədən çıxarılması qaydasını tənzimləyir.

Qayda dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərini (dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı, istifadəsi və tətbiqi) əhatə edir.

Yüksək risk qrupuna daxil olan tibb vasitələri (invaziv tibb vasitələri və tibbi qazlar) bu qaydanın məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur.

Qərarla ətraflı buradan tanış olmaq olar.