FİFA açıqladı: Yığmamız batdıqca-batır

15:36 28-11-2019 60

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Axar.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan yığma komandası üç pillə geriləyib. Yığma 1177 xalla 114-cü pilləyə düşüb.

Qeyd edək ki, reytinq cədvəlinin ilk üçlüyü dəyişməz qalıb. Belçika, Fransa və Braziliya yerlərini qoruyub saxlayıb.