ATƏT PA sədri İrəvanda: Qarabağ müzakirəsi...

18:50 27-11-2019 90

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Report xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesindəki xüsusi rolu barədə müzakirələr aparılıb.

Tərəflər həmçinin regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Gürcüstan və Ermənistan arasındakı qarşılıqlı əlaqələr də müzakirə mövzularından olub.