Zamirə Hacıyevanın 16 milyonuna görə tədqiqatçı mükafat aldı

16:03 27-11-2019 180

Nikola Bartlett  sabiq bank rəhbərinin Londonda sərvətini üzə çıxardığı üçün...

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyini üzə çıxardığı üçün Böyük Britaniyanın Milli Cinayət Agentliyinin tədqiqatçısı (MCA) Nikola Bartlett beynəlxalq mükafata layiq görülüb. Nikola Bartlett Zamirə Hacıyevanın Londonda sərvətini üzə çıxardığı üçün 14 illik “Keith Hughes” mükafatında fərdi kateqoriya üzrə qalib olub.

Nikola Bartlett 55 yaşlı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyini ortaya çıxardığı araşdırma məhkəmə sənədlərində yer almışdı.

BBC-nin məhkəmədən əldə etdiyi sənədlərdən belə aydın olurdu ki, Zamirə Hacıyeva əvvəlcə çox ehtiyatla alış-veriş edib - 842 funt sterlinqi uşaq kitablarına və 140 funt sterlinqi ətirlərə xərcləyib. Sonra “Cartier” daş-qaş əşyaları dükanına 181, “Miu Miu” dizayner geyimlərinə 1,600 və “Ferragamo” ayaqqabılarına isə 1,539 funt sterlinq ödəyib.

2007-ci ildə Zamirə Hacıyeva yenidən “Miu Miu” dükanına gedib və 25 ədəd “American Express” kartlarından 10,616 funt sterlinq ödəyib. Bundan sonra daha bahalı əşyalar almağa başlayıb. “Harrods”da naməlum əşyalara 66,000, “Tom Dixon” dizaynerinin əşyalarına isə 17,000 funt sterlinq xərcləyib. Zamirə Hacıyevanın 10 ildə çox pul xərclədiyi əsas Harrods mağazaları - “Boucheron” daş-qaş dükanı: 3.5 milyon, “Cartier” daş-qaz dükanı: 1.4milyon, “Dennis Basso” (ABŞ dəb dizayneri) dükanı: 402,000, “Sandwich by Tom” - “sendviç” barında: 332,000, “Harrods” ətir kassaları : 160,000 funt sterlinq.

Nikola Bartlett “Keith Hughes” ile ilgili görsel sonucu

2008-ci ilin 20 iyununda o, 925 funta paltar və corab alıb. Bundan 63 dəqiqə sonra o, sevimli dükanı olan “Cartier”də 433,389.79 funt sterlinq xərcləyib.

Həmin günün axşamı isə 374 funt sterlinqə “kişi paltarları dizayneri”ndən əşya alıb. Zamirə Hacıyeva bir neçə gün sonra “Elie Tahari” dizaynerindən 8,387-lik bazarlıq edib və 847 funta ətir alıb. Həmin ilin 26 iyununda isə lüks saat dükanında üç əşya üçün 17,000 funt xərcləyib.

Ən maraqlı ödəniş isə 99,000 funt sterlinqdir. Bu məbləğ “Disney”in eksklüziv mağazasında “Bibbidi Bobbidi Boo” kassasında xərclənib. Kimin üçün xərclənməsi məlum olmasa da, Zamirə Hacıyeva “Disney” dükanında həmçinin uşaqlar üçün qız və oğlan şahzadə geyimlərinin bir saatlıq istifadəsinə görə 1,000 funt ödənilib.

dasqas

O, həmin gün “Boucheron” daş-qaşı üçün 160,000 funt ödəyib. Zamirə Hacıyeva pulu təkcə özü üçün deyil, həmçinin hədiyyə də alıb. Bir dəfə o, kişi əşyaları dükanında hədiyyə bağlaması üçün 1,371 ödəyib.

Beləliklə, Z.Hacıyeva 29 sentyabr 2006-cı ildən 14 iyun 2016-cı ilədək “Harrods”da 16,309,077.87 funt sterlinq xərcləyib və bu pulun 6 milyonu ərinin bankına məxsus 35 kredit kartından xərclənib. Zamirə Hacıyeva ümumilikdə 54 kredit kartından istifadə edib. Milli Cinayət Agentliyindən (MCA) Nicola Bartlett deyib ki, ərinin Azərbaycan bankından ailə üzvlərinə heç vaxt geri qaytarılmamış kredit kartları verməsinə dair iddialar fonunda Zamirə Hacıyevanın xərcləri “əhəmiyyətlidir”.

Onun alış-verişləri Azərbaycanda oğurlandığı iddia edilən zamandan bir il sonra, Hacıyevanın Britaniyaya yerləşmək istəyindən sonra başlayıb. Zamirə Hacıyeva Britaniyada varlı sərmayəçi qismində viza almaq istəyib. MCA bildirib ki, onun hər hansı gəlirinin olması barədə dəlil tapa bilməyib. Pul ona ərindən və Britaniya banklarında olan depozitlərdən 27000 funt sterlinqdən gələn mənfəətdən gəlib.

zamira

O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb. Z.Hacıyeva dəfələrlə heç bir yanlış iş etmədiyini, Milli Cinayət Agentliyinə qarşı məhkəməyə şikayət edib. O, məhkəmədə deyib ki, həyat yoldaşı həbsdə olduğu üçün onlar müdafiə edilə bilməyiblər və buna görə ərinin necə “uğurlu biznesmen” olması və qanuni yollarla pul qazanmasını göstərmək mümkün olmayıb.

Xatırladaq ki, Zamirə Hacıyevanın ümumilikdə 109 milyon funt sterlinqlik mal-mülkü müəyyən olunub. Həmin pulların Azərbaycandan Böyük Britaniyaya transfer olunmasına şübhələr yoxdur. Buna baxmayaraq,  Böyük Britaniyanın Vestminster şəhər məhkəməsinin qərarına görə Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmayacaq. Qeyd edək ki, 2016-cı il iyunun 1-də Nərimanov Rayon Məhkəməsi Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb. Z.Hacıyeva Cinayət Məcəlləsinin 179.3.1-ci (Mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri üzrə ittiham olunub.

Mənbə musavat.com