“Lalə Şövkət fərdi qaydada siyasətlə məşğuldur…” – Maraqlı açıqlama

16:29 07-11-2019 100

Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın bu gün 68 yaşı tamam olur. Lalə Şövkət uzun müddətdir siyasətdən və mətbuatdan uzaqdır. Belə görünür ki, o, siyasi kariyerasını artıq yekunlaşdırıb…

Lakin Lalə Şövkətin yaxın silahdaşı, ALP sədri Əvəz Temirxan həmişə olduğu kimi, liderinin siyasətdən tamamilə çəkildiyini düşünmür.

“AzPolitika.info”nun məlumatına görə, Əvəz Temirxan modern.az-a açıalamasında bildirib ki, Lalə Şövkət mətbuat və aktiv siyasətlə məsafə saxlayır, ad gününü isə qeyd etməyi sevmir: “Lalə xanım ad gününü qeyd etməyi sevmir. Ya yığcam şəkildə öz ailə üzvləri ilə bərabər qeyd edir, ya da ümumiyyətlə qeyd emir. Lalə Şövkət mətbuatdan uzaqdır, siyasətdən yox. Daha doğrusu Lalə xanım aktiv siyasətlə bir qədər məsafə saxlayır. Fərdi qaydada siyasətlə məşğuldur, hazırda Bakıda yaşayır”.

Maraqlıdır, fərdi qaydada siyasətlə məşğul olmaq necə olur?

AzPolitika.info