“Araz” marketdən vaxtı ötmüş kolbasa alan müştəri qəzəbləndi – FOTO

16:03 07-11-2019 105

Bakı sakini “Araz” supermarketində satılan kolbasanın istifadəyə yararsız olduğundan şikayətlənib.

milletinsesi.info xəbər verir ki, vətəndaş almaq istədiyi “Cennet oxot” markalı kolbasanın istifadə tarixinin ötdüyünü bildirib.

Sosial şəbəkədə yerləşdirdiyi şəkildə görünür ki, kolbasanın istifadə tarixi noyabrın 2-də bitib. Qəzəblənən alıcı üzünü maqaza sahiblərinə tutub:

“Siz insanları zəhərləməkdən bezmədiniz? Doğrudanmı bi Veysəloğlunda hər şey bu cür idarə olunur? Bu cinayətdir ay adamlar”,

Şərhlərdə vətəndaş kolbasının çürüdüyünü və ondan pis qoxu gəldiyini də açıqlayıb.