Şəmsəddin Xanbabayev 520 maaş kartı ilə kurorta gedib?

19:45 06-11-2019 450

 "Ölkə başçısının işsizliyin aradan qaldırılması sahəsində müəyyən addımlar atılması üçün rayonlarda haqqı ödənilən müvəqqəti ictimai işlərin təşkili barədə yəqinki məlumatlisiniz. Bu işlərin təşkili məşğulluq mərkəzləri icra hakimiyyətləri nəzdində olan Mənzil Kommunal Təsərrüfat birlikləri, rayonlardakı dost iş mərkəzləri vasitəsi ilə təşkil edilirdi." Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində paylaşıb.

Sonra araşırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib ki, Xaçmaz rayonunda insanlar məşğulluqa müraciət edir, məşğulluq göndərir Mənzil Kommunal Təsərrüfat idarəsinə, Mənzil Kommunal Təsərrüfat işlədir, pulu isə DOST İş Mərkəzi verir:

"İnsanlar rayonda müqavilə əsasında abadlıq işlərinə cəlb edilir. Hər rayona prezident aparatından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbiiki 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi Mənzil Kommunal Təsərrüfat birliyində. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddin Xanbabayevin idi.

Yerdə qalanlar rayonun Məşğulluq idarəsinin direktoru Ayazın, Mənzil Kommunal Təsərrüfatının direktoru Qalibin, DOST Mərkəzi Vüsalın arasında tula payı bölünmüşdü. Təzə başçı təcili şəkildə rayonun Maliyyə rəisini çağırıb deyib ki, mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın. İndi Xaçmazda düşüblər küçələrə ölü canları axtarıb tapıb kart qaytarmağa.

Məhəllə məhəllə gəzirlər. Hal hazırda küçələri. Maliyyənin rəisi Nizami də təzə başçıya and aman edib ki, vallah billah kartlar Şəmsəddindədir. Nəzərə alsaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. Son olaraq 250 manat yüklənirdi. Aylıq təxminən 125 min tək başçıya çatırdı. Xaçmazda ölü canlarin axtarışı əməliyyatı bu gün səhərdən başlayıb. Bütün bu hoqqaların arasında Şəmsəddin Xanbabayev Şimali Qafqaz kurortlarinin birinə istirahətə gedib."

P.S. Büdcəni talamağın ən azğın üsullarından biridir. Məncə bu korrupsiya sxemi bütün rayonlarda tətbiq olunur.

Məsələ ilə bağlı adları çəkilən şəxslərində münasibətin dərc etməyə hazırıq.

Müəllif Cavanşir Həsənli

milletinsesi.info