İraqda nümayişçilər üç millət vəkilinin evinə od vurdu

16:03 06-11-2019 115

İraqın cənubunda Zikar əyalətində nümayişçilər üç deputatın evinə hücum edib.

“Hürriyət” qəzeti xəbər verir ki, etirazçılar millət vəkillərinin evlərini yandırıblar. 

Məlumatlara görə, evləri yandırılanlar Zikarın Eş-Şatra bölgəsində “Sairun” koalisiyasının millət vəkillərindən Naci əs-Səid, “El-Fetih” koalisiyasından Muna əl-Qurabi və “Qanun Dövlət” koalisiyasından Zeynəb əl-Hazrecindir. 

Ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.