Bakı bir neçə atəşinə görə KTMT-ya müraciət... – Marukyan

17:29 05-11-2019 125

Ermənistan ona doğru yönələn bir neçə atəşə görə KTMT-yə müraciət etməməlidir. Bu, Ermənistan ordusunun yetəri qədər döyüş qabiliyyətli olmadığını göstərəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib. O, KTMT-nin öhdəliklərinin yalnız genişmiqyaslı müharibə zamanı yararlı ola biləcəyini söyləyib:

“Sual odur ki, gələcəkdə KTMT-yə dəstək üçün müraciət edərək, asılı vəziyyətə düşmək istəyirikmi? Mən istəməzdim ki, dəstək üçün bu struktura müraciət edək”.

Qeyd edək ki, Qarabağda olduğu kimi, Azərbaycan-Ermənistan sərhədində də gərginliyi hər zaman Ermənistan tərəfi yaradır.