Deputat Sabir Hacıyevin oğlu "milyonerlər məhləsi"ndəki mülkünü satır?

16:03 05-11-2019 275
Deputat Sabir Hacıyev Gənclik metrosu yaxınlığında Milyonerlər məhəlləsi adlandırılan ərazidəki 5 cot torpaq sahəsini 1.4 milyon manata satışa çıxarıb. Criminal.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Məlumata görə, torpaq sahəsi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub. Deputatın oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan təcili qrifi ilə yerləşdirilib. 
 
Deputatın köməkçisi Anar Cabbadov Criminal.az saytına bu haqda məlumatsız olduğunu bildirdi. Əlavə etdi ki, yayılmış məlumatı Sabir Hacıyevə çatdıracaq.   
 
Xatırladaq ki, Sabir Hacıyev  Vətəndaş Birliyi Partiyasının üzvü kimi 88 saylı Göyçay seçki dairəsindən deputat seçilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Sabir Hacıyevin digər oğlu Murad tanınmış iş adamı Bəylər Məmmədovun qızıdır Aydan Məmmədovla ailəlidir. 
Oğluna tanınmış iş adamının qızını alan deputat