Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin yaxın qohumu həbs olunub?

17:07 04-11-2019 195
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxın qohumu həbs edilib.

Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb.

Sahibkar polis şöbəsinə müraciət edərək, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli “Generator su pompası” və “Taxta konstruksiya tipli ev”in oğurlandığını bildirib. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Cəbrayılov Səməd Surxay oğlu saxlanılıb və onun barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxın qohum S,Cəbrayılov ötən ilə qədər Göyçayda Gənclər Mərkəzinin direktoru vəzifəsində işləyib.
Rayonda sürdüyü bahalı maşınlara hər zaman diqqətdə olan Səməd Cəbrayılov barəsində tez tez sosıal şəbəkələrdə və saytlarda məlumat dərc olunurdu. Rayon sakinlərinin verdiyi məlumata görə, həbs edilən S.Cəbrayılov deputat Elxan Süleymanovun da qohumudu.