Səhiyyə Nazirliyinin şöbə müdiri işdən çıxarılıb?

15:51 04-11-2019 200

Səhiyyə Nazirliyi şöbə müdirinin işdən çıxarılması ilə bağlı mediada yayılan məlumata aydınlıq gətirib. 

Nazirlikdən milletinsesi.info-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.