Bərdədə 30 ildir təmir olunmayan şəhər poliklinikası: işıq sistemi sıradan çıxıb

15:50 04-11-2019 135

Bərdə Şəhər Poliklinikasının binası yararsız vəziyyətə düşüb.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, rayonun Üzeyir Hacıbəyov küçəsində yerləşən, uzun illərdir rayonda şəfa ocağı kimi fəaliyyət göstərən poliklinikaya xəstə müraciəti də azalıb. 

Dörd mərtəbəli binanın üçüncü və dördüncü mərtəbəsi tamamilə istifadəyə yararsızdır. 30 ildir təmir edilməyən binada işıq sistemi də sıradan çıxıb. 

Binanın baxımsızlığı göstərilən tibbi xidmətin səviyyəsini də aşağı salır.