ABŞ-dan Çinə mesaj: 2,5 trilyon dollarlıq enerji ehtiyatı...

15:13 04-11-2019 65

Çinin Cənubi Çin dənizindəki fəaliyyəti qanunsuzdur.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. Vaşinqton Çinin provokativ fəaliyyətlər vasitəsilə ASEAN üzvlərinin 2,5 trilyon dollardan çox enerji ehtiyatlarından məhrum qaldığını bildirib.

ABŞ eyni zamanda Çinin bunun vasitəsilə qeyri-stabillik və konflikt riski yaratdığını söyləyib.

Dövlət Departamenti bölgədəki ABŞ-ın hərbi və mülki personalının sayının 375 min nəfər olduğunu və bunun daha da artırılacağını vurğulayıb.