İKİ RAYONA YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU – Sərəncam+ FOTO

15:35 01-11-2019 135

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

d258ac05-0ead-4071-a4f0-33295634a950_640Prezidentin digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Elnur Rzayev 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Bu təyinata qədər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb.

 Prezident İlham Əliyev Qoca Səmədovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamla Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

***
basciXaçmaz rayonu və Yevlax şəhəri İcra Hakimiyyətində rəhbər şəxslərin dəyişidiriləcəyi gözlənilir.

Modern.az saytına daxil olan məlumata görə, yaxın vaxtlarda Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayevin və Yevlax şəhər İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədovun tutduqları vəzifədən azad edilməsi barədə müvafiq sərəncamlar imzalanacaq.

Modern.az məsələ ilə bağlı Yevlaxın deputatı İlham Məmmədov ilə əlaqə saxlayıb.

Deputat xəbəri təsdiqləyib. İ.Məmmədov bildirib ki, Yevlaxa yeni icra başçısının təyin olunacağı barədə xəbəri o da eşidib.

“Yəqin ki, bu gün sərəncam veriləcək. Mən də dünən eşitdim ki, icra başçımız dəyişəcək. Çox ehtimal ki, bu gün yeni təyinat haqqında qərar elan olunacaq”.

Artıq yaşlı icra başçılarının yerinə gətiriləcək kadrların kimliyi barədə də məlumat verilib. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayevin (1980-ci il təvəllüdlü) Xaçmaz rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunacağı gözlənilir. Hətta E.Rzayevin təyinatının artıq rəsmiləşdiyi və Xaçmaza getdiyi də bildirilir. Ş.Xanbabayev isə sakinlərlə vidalaşaraq, artıq rayonu tərk edib. 

Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevin (1981-ci il təvəllüdlü) isə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə aparılacağı gözlənilir.

Məlumata görə, Anar Tağıyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovunkürəkənidir.