Rusiyadan asılı olmayaq, ruslar bizi satacaq - Şirinyan

12:08 07-10-2019 75

Ruslar bizi satmağa cəhd edəcəklər.

Axar.az xəbər verir ki, bunu “Lragir.am”a müsahibəsində Ermənistan Xristian Demokratik Partiyasının sədri Levon Şirinyan deyib.

“Suverenlik kursu nə qədər artıq olsa, ləyaqət də o qədər çox olacaq. Ona görə də Putinin Paşinyanı Rusiyaya dəvətinə təəccüblənmək gərək deyil. İran prezidentinin bizə keçid təqdim etməyə hazır olması barədə bəyanatı Rusiyadakı dəyərimizi artırıb. Biz gərək İranla dəmir yolunun işə düşməsinə nail olaq, çünki Rusiya ilə bizi birləşdirən Lars yolu yetərli deyil. Mümkün olduğu qədər bütün dövrlərdə Rusiyadan asılılığımızı azaltmalıyıq”, – deyə o bildirib.