Vilayət Eyvazov Tovuza yeni rəis təyin edib

11:06 04-10-2019 55

Tovuz Regional Mühafizə Şöbəsinə yeni rəis təyin olunub.

“Report” xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmrinə əsasən bu vəzifəyə polis polkovnik-leytenantı Əsgərov Elçin Adil oğlu təyin edilib.

Qeyd edək ki, Elçin Əsəgərov indiyədək Tovuz rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.