Qırğızıstan Tacikistana nota verib

11:51 17-09-2019 65

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Tacikistan səfirinə etiraz notası təqdim edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etiraz notası ötən gün Qırğızıstan – Tacikistan sərhədində baş vermiş silahlı insidentlə bağlı verilib.

Hadisə nəticəsində Qırğızıstanın 1 nəfər sərhədçisi ölüb, hər iki tərəfdən xəsarət alanlar var.