1,6 milyon manatlıq tenderin qalibi məlum oldu

11:50 17-09-2019 80

Vergilər Nazirliyi dəftərxana və təsərrüfat mallarının tədarükçüsünü müəyyən edib. Bu barədə nazirliyin elanında deyilir.

Nazirliyin elan etdiyi tenderin qalibi “Simplex” şirkəti olub. Bu şirkətlə ümumilikdə 1 mln. 600 min 519,59 manat dəyərində 3 müqavilə bağlanılıb”, – deyə elanda bildirilir.

Vergilər Nazirliyi dəftərxana mallarının alınmasına 915 min 585,68 manat, təsərrüfat mallarının alınmasına 365 min 27,06 manat, kartriclərin alınmasına 319 min 906,85 manat yönəldəcək.