Baş Prokurorluq Novruzovun açıqlaması ilə bağlı araşdırma aparmır

11:29 11-09-2019 7

Baş Prokurorluq deputat Siyavuş Novruzovun açıqlaması ilə bağlı heç bir araşdırma aparmır.Bunu Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Xatırladaq ki, daha əvvəl Siyavuş Novruzov bəzi keçmiş nazirlərin vəzifədə olarkən milyardlar oğurladıqları ilə bağlı qalmaqallı açıqlama vermişdi.

Onun açıqlaması ictimaiyyət arasında böyük rezonansa səbəb oldu və sosial şəbəkə istifadəçiləri qeyd etdilər ki, bu qalmaqallı bəyanat hüquq-mühafizə orqanları tərəfindən araşdırma mövzusu olmalıdır.