Məktəbli formasının satışı belə onun inhisarında -Lənkəranda Rasilə Əliyeva xofu

14:22 09-09-2019 20

İcra başçısı Taleh Qaraşovun ən yaxını sayılan Rasilə Əliyeva Ləhkəranda narazı kütlənin formalaşmasında əsas məmura çevrilib.
Lənkəranda Rasilə Əliyeva xofu olmağı faktdır.

Rasilə Əliyevanın qanunsuz əməllərinə dəstək verən icra başçısının, müavinindən olunan şikayətlərə məhəl qoymaması narahatçılıq yaratmaqdadır. Rayonda dil əzbərinə çevrilən Taleh – Rasilə yaxınlığı və işbirliyi təhsil və səhiyyə ocaqlarının yarıtmaz fəaliyyəti ilə sonuclanmaqdadır.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, icra başçısının müavini olmamışdan öncə Rasilə Əliyeva orta məktəbdə müəllim işləyib. Onun müəllimlikdən İcra başçısının müavini vəzifəsinə gətirilməsi xüsusi istedadın və ya savadın olması ilə bağlamaq gülünc olar. Bəs səbəb nədir? Orta məktəb müəlliməsinin birdən rayonun önəmli sahələrinə rəhbər vəzifəyə gətirilməsinin arxasında hansı maraqlar dayanır?

KİV-lərdə dərc olunan məlumatda bildirilir ki, Lənkəranın icra başçısı olan, hazırda Prezidentin ərazi idarəetmə məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin tapşırığı ilə Rasilə Əliyeva icra başçısının müavini təyin olunub. Zeynal müəllimin Lənkəranda icra başçısı işlədiyi müddətdə onun katibəsi ilə yaxın münasibət müəllimənin inanılmaz uğuruna səbəb olub. Zeynal Nağdəliyevin prezident Aparatında məsul vəzivəyə təyinatından sonra Rasilə Əliyeva da Lənkəran icra başçısının müavini vəzifəsinə təyin olunub.

Məhz bundan sonra toxunulmazlıq statusu alan xanım rayonda uşaq bağçalarının qəniminə çevrilib. Tez-tez kadr dəyişikliyi edən müavinin istəklərinə “yox” demək olmaz. Rayonda hamı Rasilə Əliyevanın istəklərini həyata keçirir.

Daxil olan məlumatlar sırasında saxta diplomlu şəxslərin işə götürülmələri və digər maxinasiyaların varlığı daha çox üstünlük təşkil etməkdədir. Məsələn, daxil olan məlumatlarda iddia olunur ki, bəzi şəxslərə məxsus diplomların saxta olmasına baxmayaraq, həmin şəxslər RİH-i başçısının hansısa maraqları çərçivəsində və “dobro” deməsindən sonra işə götürülürlər.

Hansı ki, həmin şəxslərə məxsus diplomlar Təhsil nazirliyi tərəfindən heç bir halda tanınmayıb. Bu yöndə məlumatları çatdıran mənbə onu da bildirir ki, Lənkəran RİH Aparatında belə bir “qara işlər” icra başçısının müavini Rasilə xanım tərəfindən həyata keçirir. Bu səbəbdən xanım Əliyevanın, adi dövlət məmurunun 100 minlik avtomobildə gəzməsi təəcüblü görünmür.
Azerinfo.tv-yə verilən məlumata görə başçının xanım müavini məktəbli geyimləri bazarını da inhisara alıb. Bütün rayona tapşırıq verilib ki, məktəbli geyimi yalnız 2-ci mikrorayonda, Şəhidlər Xiyabanına yaxın olan dükandan alınsın.
Həmin dükanın sahibinin Rasilə Əliyeva olduğu deyilir.


Gələn saylarımızda
1.Keçmiş həyat yoldaşının rayondan qaçmasına səbəb nə idi.
2. O gedərkən özü ilə nə qədər pul apardı.

Mənbə Azerinfo.tv