DİN-in hospitalında burun əməliyyatından sonra ölən polisin FOTOSU

11:40 06-09-2019 110

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı burun əməliyyatından sonra dünyasını dəyişib.Unikal.org dünyasını dəyişən qadının fotosunu əldə edib.

Adıçəkilən hospitalın tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyindən əməliyyat olunub. Yaxınlarının verdiyi məlumata görə, əməliyyat normal keçib. Əməliyyatdan sonra ayılıb, danışıb. Lakin 4 saat sonra onun təzyiqi düşüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən Sevinc Qəribova həm də polis serjantı olub. Ailəli olan mərhumun, 9 yaşlı bir qızı var.

Qeyd edək ki, Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır.