Azərbaycanın axtardığı İsveç vətəndaşı Fələstində tutuldu

12:55 03-09-2019 30

Azərbaycanda axtarışda olan əcnəbi xaricdə tutulub.

Report-un xəbərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə “İnterpol” xətti üzrə beynəlxalq axtarışda olan İsveç vətəndaşı 49 yaşlı Milhem Basem Fələstində saxlanılıb.

Onun Azərbaycana ekstradisiya olunacağı gözlənilir.