Bakıda sürüşmə və subasma olacaq - Nazirlik rəsmisindən xəbərdarlıq

15:56 02-09-2019 120

Payız mövsümündə yağışların intensivləşməsi nəticəsində Bayıl yamacında sürüşmənin olması gözlənilir.

Bu barədə paralel.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Mütəxəssis xatırladıb ki, yağış suları sürüşmə baş verən ərazilərdə aktivliyi artırır:

"Bu yaxınlarda vətəndaşların müraciətləri ilə bağlı olaraq həmin ərazidə oldum. Belə ki, əhali keçən ilin oktyabr ayında sürüşmə baş verdiyinə görə bağlanan Badamdardakl 20-ci sahə avtomobil yolunun açılmasını istəyirlər.

Hazırda həmin ərazidə ümumi vəziyyət stabildir. Amma gələcəkdə sürüşmənin baş verməyəcəyinə zəmanət vermək olmaz. Gələcəkdə həmin ərazidə sürüşmənin olması gözlənilir. Çünki kütlə artıq əvvəlki stabil vəzyiyyətini dəyişib. Həmçinin, yağış suları alt süxurlara təsir etdiyi zaman sürüşmə baş verir. Payız mövsümündə də yağışlar artdığı zaman sürüşmə kütləsində aktivlik qeyd oluna bilər. Amma hazırda vəziyyət stabildir".

Əziz Qaralov hazırda subasma ərazilərində də stabil vəziyyətin hökm sürdüyünü bildirib: "Yağışların miqdarı çoxalan zaman subasma halları olacaq".

Sevinc Yasinqızı