Mahir Emreli "Qarabağ"dan gedir? - Açıqlama

13:15 02-09-2019 75

"Qarabağ"ın futbolçusu Mahir Emreli transferi ilə bağlı açıqlama verib.

Report-un məlumatına görə, 22 yaşlı hücumçu Premyer Liqanın III turunda "Səbail"i məğlub etdikləri (4:0) görüşdən sonra komandada qalacağını söyləyib.

O, ən azı qışa kimi Ağdam təmsilçisinin formasını geyinəcəyini deyib:

"Baş məşqçi Qurban Qurbanov və digər məşqçilərlə məsləhətləşirəm. Mənim daha yaxşı yerlərə getməyimi onlar məndən daha çox istəyirlər. Getmək xatirinə komandadan ayrılmaq istəmirəm. İstəyirəm ki, transferim məni böyüdüb-yetişdirən insanların da ürəyincə olsun. Onlar nə qərar verirlərsə, hörmətlə yanaşıram. Nə məsləhət görürlərsə, onu edəcəyəm. Klubla müqaviləm var. Ən azı qışa kimi kollektivdəyəm".

Mahir Emreli ilə İspaniyanın "Malaqa", "Estremadura" klubları yaxından maraqlanır.