Məşhur futbolçu kriminal seriala çəkildi - Video

12:18 28-08-2019 50

 

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniyanın məşhur "Kağız ev" kriminal serialına çəkilib.

Report xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu rəsmi Tvitter hesabı vasitəsilə bildirib. Braziliyalı oyunçu "Netflix" platformasında nümayiş olunacaq serialın yeni mövsümünün bəzi epizodlarında rol alıb. "Sambaçı"nın iştirak etdiyi səhnələr ilin əvvəlində çəkilib.

Qeyd edək ki, Neymar bir müddət öncə PSJ-dən ayrılmaq istədiyini bildirib. Onun İspaniya "Barselona"sına keçəcəyi gözlənilir. Braziliya millisinin üzvü 2 il əvvəl Kataloniya təmsilçisindən Fransa klubuna rekord məbləğə - 222 milyon avroya keçib. Forvardın hazırkı klubu ilə 2022-ci ilədək müqaviləsi var.