İsmayıllıda kütləvi zəhərlənmə: Mütəxəssislər hadisə yerində

12:03 28-08-2019 70

İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən Axar.az-a bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib.

"Səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərər bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər", - nazirlikdən bildirilib.

***

İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.

AQTA-dan Axar.az-a verillən məlumata görə, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, ötən gün Şəkidə toyda 21 nəfər zəhərlənib.