Hakimimiz ÇL-nin oyunlarına təyinat aldı

15:37 23-08-2019 60

Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı təyinat alıb.

Xəbər verir ki, FİFA referisi UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək.

Bu qrupun matçları avqustun 28-dən 31-dək keçiriləcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.