Mədət Quliyevə müşavir təyin olunub

12:04 23-08-2019 70

Azərbaycanın müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyevin yeni müşaviri təyin olunub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Rufil Qurbanov gətirilib. 

Rufil Qurbanovun əvvəllər Milli Məclis Aparatında çalışdığı deyilir. 

Xəbəri dəqiqləşdirmək üçün Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakovla telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verməyib.