Yığmamıza müvəqqəti baş məşqçi təyin edildi

13:32 19-08-2019 65

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. 

milletinsesi.info xəbər verir ki, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti tutacaq.

Onun qarşısına sentyabrın 7-21-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N.Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi, Oqtay İbrahimov və Etibar Abdullayev yer alıb.

Artıq milli mundial üçün son təlim-məşq toplanışına da başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 boksçu iştirak edir.

Qeyd edək ki, dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.

Səbuhi Musayev