Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb

13:00 16-08-2019 80

Çexiyanın “ANGLAPAS.R.O.” şirkəti Azərbaycandakı filialını bağladığını elan edib.

“APA-Economics”in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2C, mənzil ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu şirkət tikinti sənayesində, dəmir yolu və yeraltı yolların, yaşayış və qeyri-yaşayış binalarının inşası ilə məşğuldur.