Vaqif Abdullayevin qardaşı oğluna 965000 dollar pul "atan" Balayev məhkəmədə həbs olundu

11:57 16-08-2019 180

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 33 yaşlı Xəyyam Balayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Abdullayev ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini Xəyyam Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq geri qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.