“Məişət Maye Qaz” QSC sahibkarlara zülm edir

12:56 14-08-2019 16

62 yaşlı əlil sahibkar, Şirvan sakini Qurbanxan Dəmirov Qurban bayramı günlərində Azərbaycan Resprublikasının prezidenti cənab İlham Əliyevə videoşikayət ünvanlayıb.

Millətinsəsi.info-ya da daxil olan videoşikayətdə sahibkar Qurbanxan Dəmirov “Məişət Maye Qaz” QSC-nin rəhbəri Elşən Salmanovun fəaliyyətini əhaliyə zülm kimi dəyərləndidrir.

Sahibkar bildirir ki, qurumun rəhbəri Elşən Salmanov yanacaq sektorunda fəaliyyət göstərən ölkə sahibkarlarını xeyli incidərək, onların hüquqlarını tapdalayıb.

Belə ki, Qurban bayramı günlərində bilərəkdən sahibkarları incik salmaq məqsədilə maye qaz satışini süni şəkildə dayandırıb və yalnız özlərinə məxsus “MMQ” yanacaqdoldurma məntəqələrində maye qazın satişını həyata keçirir.

 

62 yaşlı əlil sahibkar müraciətində həmçinin qeyd edir ki, QSC-nin özbaşınalığına görə Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidməti tərəfindən adıçəkilən qurumda aparılan yoxlamalar zamanı 9 (doqquz) milyon manat məbləğində cərimə tətbiq edilib. Həmçinin videoşikyətində sahibkar “Məişət Maye Qaz” QSC rəhbərliyinin digər korrupsiya əməlləri ilə bağlı da məlumat verir.

Millətinsəsi.info Qurbanxan Dəmirovun videoşikayətini oxucularını diqqətinə təqdim edir: