Fransa – Azərbaycan oyununun vaxtı açıqlanıb

11:17 14-08-2019 305

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

APA-nın məlumatına görə, milli Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyunu oktyabrın 10-da baş tutacaq.

Matç Kale şəhərindəki “Stad de L Epopee”də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.