Yahya Musayevin "BMW"si əlindən alınıb?

12:31 09-08-2019 450

Müdafiə Sənayesi nazirinin müavini Yahya Musayevin xidməti avtomobil əlindən alınıb.

Unikal.org-un əldə etdiyi məlumata görə nazir müavinin 10-AA-459 dövlət qeydiyyat nişanlı "BMW" markalı xidməti avtomobili ondan alınaraq  Müdafiə Sənayesi Nazirliyinin qarajına təhvil verilib.

Onu da qeyd edək ki, Yahya Musayev nazirliyin iclaslarına dəvət olunmur.

Bundan başqa, bir müddət əvvəl media da müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və onun oğlu Elvin Musayevin hansı mənbədən dəyəri 100 min dolları aşan avtomobillərlə yanaşı, ata-balanın biznesi haqda ilginc iddialara yayılıb. Həmin məlumatlarda bildirilib ki, nazir müavini Yəhya Musayevin oğlu Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarını “123”-lə bitir, hətta bu siyahıya onun 100 min dollara aldığı telefon nömrəsi də əlavə edilir.

Qeyd edək ki, Elvin Musayev “facebook” hesabını da (profil URL) “elvin 123″ kimi qeydiyyata aldırıb. Və burada özünün müxtəlif ölkələrdə çəkilmiş çoxsaylı şəkillərini yerləşdirib: “Məlumatda diqqət çəkən məqamlardan biri də, Musayevlərin nazirlikdən qazandığı pulların bir hissəsi ilə böyük ailə bisnesi qurmaları ilə bağlıdır. Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir.

Qeyd edək ki, “RETEMS GROUP” tərkibində bir neçə altbölümü birləşdirərək, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində çalışır.

Biznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “RETEMS GROUP”un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir. “RETEMS GROUP”un rəsmi saytındakı məlumatlara əsasən onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçüldüyünü söyləmək olar.
Yavər Camalovun qalmaqallı müavini: Yəhya Musayev haqda ilginc dosye – FOTOLAR

Bundan əlavə Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğu bildirilir. Bu biznesin idarəçiliyini isə nazir müavininin İlqar adlı qaynı həyata keçirir…”.

Qeyd olunanlarla bağlı Müdafiə Sənayesi Nazirliyinin və şəxsən nazir müavini Yahya Musayevi dinləməyə, mövqeyini işıqlandırmağa hazırıq.