Şəki Apellyasiya Məhkəməsi öz qeyri-prosessual ampluasındadır

12:29 09-08-2019 17

Prezidentin məhkəmə-hüquq islahatları haqqında sərəncamı Şəkiyə “çatmayıb” ?


Şəki məhkəmə kompleksində baş verən özbaşınalıqdan, eyni binada apellyasiya instansiyası məhkəməsi yerləşən otaqdan qonşu otağa qərardadın 3 ay 4 gündən sonra göndərilməsindən, İnzibati-İqtisadi Məhkəmədə qərar qəbul edilmədən növbəti tarixə iclas təyin edilməsinə baxmayaraq elə həmin tarixə qərardad çıxarılmasından yazmışıq.

Bu özbaşınalıqlar prezidentin məlum 03.04.2019 tarixli məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında sərəncamından qabaq “meydan sulayıb” .

Gözləmək olardı ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası , heç olmasa, prezidentin sərəncamına hörmətlə yanaşacaq və aşağı instansiyanın maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmasına hüquqi qiymət verəcək. Amma, sən saydığını say, gör məhkəmə instansiyası cavabdeh dövlət qurumlarının qeyri-prosessual göstərişlərini necə sayır!

Fikir verin, hələ də -4 aydır Şəki Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası iddiaçı 1-ci qrup Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayırmayıb. Hələ də əlilin birbaşa Ali Məhkəməyə göndərdiyi kassasiya şikayəti üzrə qərar qəbul edilməyib.

İndi də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Ələddin Məcidov olan üçlüyü “inzibati-iqtisadi” həmkarlarının özbaşınalığını bir qədər incə, yumşaq formada təkrar edib. Adi bir ərizəyə 10 günə baxılmalı olduğu halda, Ağsu məhkəməsi 6 ay süründürməçilikdən sonra baxmaqdan imtina edib. Apellyasiya instansiyası da maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulmasına hüquqi qiymət verilməsini təmin etmək yerinə maraqlı şəxsin sifarişi ilə tərəflərin çəkişmə prinsipini pozaraq qərəzlə aşağı instansiyanın qərardadını olduğu kimi saxlayıb.

Onu da vurğulayaq ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İnzibati-İqtisadi Kollegiyanın yanında “toya getməli” olsa da, “toyda” qarşı tərəfin “çaldığı hava ilə oynayıb”. Belə məhkəmə oyunları isə qərəzdən savayı , həm də “həmkar qisasçılığından” qaynaqlanır.

Başqa sözlə, inzibati iqtisadi kollegiyanın özbaşınalığından edilən şikayətə cavab olaraq mülki kollegiya həmkarlarının qisasını akıb . Necə deyərlər, məhkəmə məhkəmənin ayağını tapdalamaz. Belə məhkəmə təminatsızlığı nın, qərəzinin, qisasın nəticəsidir ki, Qarabağ döyüşçüsü -hərbi komandir sıradan əsgərdən də az “təminatlanıb”.

Qısaca vurğulayaq ki, bu sətirlərin yazarının Qarabağda döyüşlərdə tabur komandiri kimi iştirakını Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi 15.04.1993 tarixli rusca arayış və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti , 2012-ci ilə kimi DİN DQ-də həqiqi hərbi xidmətdə olmağını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin 25.12.2013 tarixli arayış, DİN DQ -nin DİN rəhbərliyinə ünvanladığı 01.03.1998 tarixli və 22.05.1999 tarixli arayış xarakterli məktublar sübut etsə də, Şəki Apellyasiya Məhkəməsi iddianı mümkün saymayıb, Ağsu rayon məhkəməsi isə hüquqi faktın müəyyən edilməsi haqqında ərizəni baxılmamış saxlayıb.

İddianı mümkün saymayan Şəki İnzibati-İqtisadi Məhkəməsi iddiaçı əlilə “yardım” edərək hüquqi faktın müəyyən edilməsinə ərizə verməli olmasını, hüquqi faktın müəyyən edilməsi haqqında ərizəni baxılmamış saxlayan Ağsu rayon məhkəməsi iddia qaydasında İnzibati-İqtisadi Məhkəməyə müraciət etməyi məsləhət bilib.

05.08.2019 tarixli qərardadla Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Ağsu məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb ki, iddia ərizəsi verilməlidir. Məhkəmə təminatı hüququna qoyulan kobud qadağaya baxın: Müharibə əlili hüququnu nə iddia tələbi ilə, nə də hüquqi faktın müəyyən edilməsi haqqında ərizə ilə təmin edə bilmir!?

Bu onun üzərinə atır, o da bunun. Hələ Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Mülki Kollegiyadan “humanistdir” , heç olmasa, kassasiya şikayəti vermək hüququnun olduğunu qərardadda göstərib. Mülki Kollegiyanın sədri Ələddin Məcidov olan üçlüyü isə qərardaddan şikayət verilə bilməzliyini qətiləşdirib. Yəqin ki, Konstitusiya Məhkəməsinə şikayət vermək hüququndan yararlanılacaq. Çünki məhkəmə təminatı hüququnun pozuntusu göz qabağındadır.

Təsəvvür edin, Qarabağda desant hücum birləşməsinin komandiri olan hərbi qulluqçuya elə hərbi görəv yazılıb ki, aldığı pensiya tabeliyində olan əsgər və çavuşların pul təminatından da 2-3 dəfə (??) azdır. Bu təminatsızlığı, ola bilsin, Konstitusiya Məhkəməsi də “götürdü”, amma göydə Allah, Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsi çətin götürər.

Məğrur Bədəlsoy

ar1ar2ar3ar4ar5ar6