Türk ölkəsində III inqilab başlayır: Putinin cəhdləri... - Video

15:34 08-08-2019 360

Qırğızıstandakı situasiya hökumətin nəzarətindən çıxa bilər. İki dəfə inqilab yaşayan ölkənin yenidən destabilizasiya ilə toqquşmaq ehtimalı var.

Xəbər verir ki, bunu “Moskovskiy Komsomolets”ə açıqlamasında rusiyalı politoloq Arkadi Dubnov deyib.

“Məni Atambayevin taleyi maraqlandırmır. Məni maraqlandıran Qırğızıstanın taleyidir. Atambayev Qırğızıstanın şimal klanlarının, hazırkı Prezident Sooronbay Jenbekov isə cənub klanlarının maraqlarını təmsil edir. Qırğızıstan artıq iki dəfə silkələnmə yaşayıb və liderlərin razılaşa bilməməsi ucbatından üçüncü inqilab da yaxınlaşır. Artıq aşkar şəkildə görünür ki, Putinin də yardım cəhdləri uğursuzluqla başa çatıb”, – deyə o bildirib.