Atambayev konstitusiyanı kobud şəkildə pozdu - Prezident

12:14 08-08-2019 315

Keçmiş dövlət başçısı Almazbek Atambayev güc strukturlarına müqavimət göstərməklə konstitusiyanı kobud şəkildə pozub.

Xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının iclasında deyib.

Qırğızıstanın hüquqi dövlət olduğunu xatırladan prezident Təhlükəsizlik Şurası üzvlərinə ölkədə qanunun aliliyinin qorunması və təhlükəsizliyin təmin olunması üçün təcili-təxirəsalınmaz tədbirlər görmək barədə göstəriş verib.