Üç bölgədə qaz kəsildi - Səbəb

11:21 23-07-2019 33

Bu gün saat 09:00-dan saat 18:00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində təbii qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır. Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17:00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09:00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.